Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov Kəngərli rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan öncə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, müvafiq qaydada qeydə alınıb və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.